Ölkədə nə qədər ali təhsilli qadın var? - STATİSTİKA

Ölkədə nə qədər ali təhsilli qadın var? - STATİSTİKA

Ölkənin kənd yerlərində yaşayan iqtisadi fəal qadınların cəmi 24-25%-i qeyri-kənd təsərrüfatı sahələrində məşğuldur. Hər 100 məşğul kənd qadınından orta hesabla 75-nin aqrar sektordan savayı seçə biləcəyi iş yeri yoxdur.
 
Maide.Az xəbər verir ki, bu statistikanı iqtisadçı Rövşən Ağayev sosial şəbəkədə paylaşıb. O qeyd edib ki, ümumilikdə Azərbaycanın kəndlərində 1.180 mln. nəfər iqtisadi fəal qadın, aqrar sektorda çalışan 950 min qadın qeydə alınıb.
 
Məşğul qadınların cəmi 13%-nin ali təhsili var.
 
Ölkədə 1.411 mln. nəfər iqtisadi baxımdan qeyri-fəal qadın var. İqtisadi qeyri-fəallıq odur ki, insan əmək qabiliyyətli yaşındadır (qadınlar üçün hazırda 16-60 yaş), amma müxtəlif səbəblərdən işləmir. Hazırda ölkə üzrə 1.411 mln. nəfər iqtisadi qeyri-fəal qadınların 575 min nəfərinin evdar qadınlar, 452 min nəfərinin güzəştli şərtlərlə pensiyaçı, 151 min nəfərinin əlilliyə görə pensiyaçı olduğu, 207 min nəfərinin təhsil aldığı, 30 min nəfərinin isə mülkiyyətdən aldığı gəlirə görə işləməyə ehtiyacının olmadığı bildirilir. (gününsesi) 

Google+ WhatsApp ok.ru