Ömürlər qısalır: səbəb nədir?

Ömürlər qısalır: səbəb nədir?

-- Azərbaycanlılar pensiya yaşına necə çatırlar?

"Novoye Vremya" qəzetində "Azərbaycanlılar pensiya yaşına necə çatırlar?" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif ölkədə demorqafik durum sahəsindəki problemləri gündəmə daşıyır.
 
Müəlif öncə ölkənin əməkqabiliyyətli və pensiyaçı əhalisi arasında nisbəti ön plana çıxarır və deyir ki, ölkədə əmək qabiliyyətli əhali ilə pensiyaçılar nisbətində xoşagəlməz vəziyyət və nisbət yaşanır.
 
Müəllif vurğulayır ki, iqtisadçılar ölkədə əməkqabiliyyətli əhalinin sayı pensiyaçıların sayını üz dəfə bu üstələməsini normal sayırlar, Azərbaycanda isə bu fəqr 1,5 dəfəyə bərabərdir, həm də pensiyaçıların sayı artmaqda davam edir.
 
Məqalə müəllifi iqtisadçı Rövşən Ağayevə istinadən deyir ki, əmək qabiliyyətli əhali arasında ölüm hallarının artması kişilər arasında daha çoxdur: "Ölkədə iqtisadi-sosial durumun ağır olmasını üzə çıxaran daha bir amil də var, belə ki, Azərbaycanda əmək qabiliyyətli əhali arasında ölüm göstəriciləri inkişaf etmiş ölkələrlə müqayisədə iki dəfə çoxdur və son demoqrafik göstəricilər də ölkədə mürəkkəb iqtisadi durumdan xəbər verir".
 
Bu iki kateqoriya arasındakı nisbətdən irəli gələrək müəllif məntiqi mühakimə yürüdərək əlavə edir ki, iqtisadi vəziyyətlə demoqrafik proseslər arasında qarşılıqlı əlaqə olmasının təhlilə ehtiyacı yoxdur: "Bu hətta adi bir insana da məlumdur ki, nə qədər pis yaşayırıqsa, ömür də bir o qədər qısalır və bu baxımdan son demoqrafik göstəricilər vəziyyəti anlamağa imkan verir".
 
Müəllif deyir ki, iqtisadçı bəhs edilən sahədə 2016-cı il və 2017-ci illər arasında paralellər də aparır: "2016-cı ildə əmək qabiliyyətli 15-64 yaş cins-yaş qrupunda kişilər arasında ölüm halı hər 100 min nəfərə demək olar ki, iki dəfə yüksək olub : "2016-cı ildə qadınlar arasında ölüm halı hər 100 min nəfərə 195 nəfər olubsa, kişilər arasında bu höstərici 379 nəfər olub. Bu dövrdə bütünlükdə kişilər arasında 29924 nəfər dünyasını dəyişib, bunun da 44%-i əməkqabiliyyətli yaş qrupuna aid olanlardır. Qadınlar arasında isə bu 25%-ə bərabərdir".
 
Müəllif deyir ki, son 10 il ərzində selektiv abortlar nəticəsində yeni doğulanlar arasında oğlan uşaqlarının sayı qız sayını 5-6% üstələyir, amma statistik göstəricilərə görə 14 yaşına qədər uşaqlar arasında oğlanların ölüm sayı qızların ölüm sayından 30% çoxdur: "Bu vəziyyət sonrakı yaş dövründə qadınlarla müqayisədə kişi sayının ciddi azalmasına səbəb olur . Məs, 2016-cı ildə 14 yaşına qədər hər 100 min nəfərə nisbətdə qızlar arasında ölüm sayı 97 nəfər olubsa, oğlanlar arasında 127 nəfər olub. İnkişaf etmiş ölkələrdə əməkqabiliyyətli yaşda ölənlərin sayı 18-22%-dir. Azərbaycanda isə bu son illərdə 36-38%-ə qalxmaqla Qərb ölkələrinin statistikasını iki dəfə üstələyir".
 
Müəllif deyir ki, ÜDM-in əhali xərcləri Azərbaycanda 3-4% təşkil edirsə, Qərb ölkələrində bu 10-15%-ə bərabərdir.
 
Müəllif uzunömürlülüklə bağlı qonşu Gürcüstanla Azərbaycan arasında paralel apararaq deyir ki, Gürcüstnda hər 1000 nəfərə yaşı 80-dən yuxarı olan 34 nəfər düşürsə, Azərbaycanda bu göstərici 13 nəfərdir.
 
Müəllif vurğulayır ki, əhalisi 4 milyon nəfərə bərabər olan Gürcüstanda yaşı 80-dən yuxarı olan 127 min nəfər yaşayırsa, əhalisi 10 milyon nəfərə yaxın olan Azərbaycanda bu rəqəm 129 min nəfərdir.
 
Müəllif ekspertə istinadən deyir ki, uzunömürlülük sosil- psixoloji vəziyyətə, təbii mühitə, sağlam həyat tərzinə, əmək şəraitinə və səhiyyənin keyfiyyətinə, insanın maddi rifahının təminatına bağlıdır.
 

Google+ WhatsApp ok.ru