Ötən il 3,6 milyon azərbaycanlı turist xaricə gedib

Ötən il 3,6 milyon azərbaycanlı turist xaricə gedib

-- Ötən il arici ölkələrə 4 milyondan çox turist səfər edib

2016-cı ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
 
Mədəniyyət və Turiz Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Statistika Komitəsinin hesabatına əsasən ötən il xarici ölkələrə 4 milyon 281 min 900 nəfər səfər edib.
 
Bu rəqəm 2010-cu ildə 3 milyon 175 min 606 nəfər olub. Ötən il turizm məqsədilə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 3 milyon 592 min 100 nəfər olub.//apa
 

Google+ WhatsApp ok.ru