Ötən il Gürcüstanda ürək-damar xəstəliklərindən 20 minə yaxın insan ölüb

Ötən il Gürcüstanda ürək-damar xəstəliklərindən 20 minə yaxın insan ölüb

Ötən il Gürcüstanda 47 min 822 nəfər müxtəlif xəstəliklər səbəbindən həyatını itirib.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, onların 24 min 423-ü kişilər, 23 min 399-u qadınlardır.
 
Xidmətin məlumatına görə, ölüm hallarına ən çox ürək-damar xəstəlikləri səbəb olub. Keçən il bu xəstəlikdən 19 min 857 nəfər ölüb. Ölüm hallarının çoxluğuna görə ikinci xəstəlik müxtəlif xassəli şişlərdir.
 
2017-ci ildə tənəffüs yolları xəstəliklərindən 2355, müxtəlif xəsarətlər və zəhərlənmələrdən 1702 ölüm halı qeydə alınıb.
 
Ötən il doğulan körpələrin sayı ölənlərdən 5471 nəfər çox olub.
 

Google+ WhatsApp ok.ru