Ötən il Rusiyada 1500 ekstremist yönümlü cinayətin qarşısı alınıb

Ötən il Rusiyada 1500 ekstremist yönümlü cinayətin qarşısı alınıb

-- Ötən il bu ölkədə 24 terror aktının qarşısı alınıb

2017-ci ildə Rusiyada terrorizmlə bağlı cinayətlərin sayı 16 faiz azalıb. Ötən il bu ölkədə 24 terror aktının qarşısı alınıb. Bu barədə Rusiyanın Baş prokuroru Yuri Çayka geniş kollegiya iclasında məlumat verib.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, Y.Çaykanın sözlərinə görə, hesabat dövründə Rusiya hüquq mühafizə orqanları 1500 ekstremist yönümlü cinayətin qarşısını alıblar, 972 nəfər həbs edilib. Bu cinayətlər əsasən internetdə Rusiyanın ərazi bütövlüyünün, ictimai asayişin və təhlükəsizliyin pozulmasına çağırışlarla əlaqədar olub.
 
Baş prokuror qeyd edib ki, prezident seçkiləri ərəfəsində Rusiyada arzuolunmaz sayılan xarici strukturların fəallığı artıb və bu strukturlar digər təşkilatlar vasitəsilə fəaliyyət göstərirlər. O, bu cür hərəkətlərin qarşısını dərhal almaq, xüsusilə qanunsuz kütləvi aksiyalara diqqət yetirmək barədə tapşırıq verib.
 

Google+ WhatsApp ok.ru