Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Hazırda Azərbaycanda elmi kadrların hazırlanması ilə 2102 nəfər elmi rəhbər məşğul olur. Onlardan 59-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,  84-ü müxbir üzvü, 1528-i professor, 273-ü isə dosentdir.      
 
Dövlət Statistika Komitəsindən APA-ya bildirilib ki, bu ilin əvvəlinə olan məlumata əsasən, ölkədə fəaliyyət göstərən 110 ali təhsil müəssisəsi və elmi təşkilatda 2723 nəfər doktorantura təhsili alıb. Onların 80 faizi fəlsəfə, 20 faizi isə elmlər doktoru proqramlarını keçib.
 
Təhsil alanların 38,5 faizi elmi təşkilatlarda, 61,5 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq, 36,3 və 63,7 faiz, elmlər doktoru proqramı üzrə isə 47,5 və 52,5 faiz təşkil edib.
 
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənc, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 34,2 faizi 40 yaşadək olan şəxsdir.
 
Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2182 nəfərin 349-u filologiya, 294-ü iqtisad, 245-i texnika, 144-ü tarix, 128-i kimya, 117-si aqrar, 102-si pedaqogika, 101-i biologiya, 108-i siyasi elmlər, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.
 
Doktorantlardan 118 nəfər filologiya, 80 nəfər aqrar, 53 nəfər iqtisad, 48 nəfər texnika, 29 nəfər biologiya, 24 nəfər tarix, 23 nəfər pedaqogika, 26 nəfər yer elmləri, 140 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır. /

Google+ WhatsApp ok.ru