Övladliğa götürmələr artıb

Övladliğa götürmələr artıb

-- Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 28 uşağı övladlığa götürüb

 2017-ci ildə Azərbaycanda uşaqların övladlığa götürülməsi artıb. Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
 
Məlumata görə, ötən il Azərbaycanda 877 uşaq övladlığa götürülüb. Bu göstəricinin 2016-cı illə müqayisədə 13,5% çox olduğu bildirilir.
 
Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayında 15,9% artım olub. Qızların sayındakı artım isə 10,8% təşkil edib. Ötən il ümumilikdə 466 oğlan, 411 nəfər qız övladlığa qəbul edilib. Övladlığa götürülənlər 1-17 yaşlılardır.
 
2017-ci ildə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayı 19,7, 3-5 yaşlı uşaqlarda 7,5, 6-10 yaşlı uşaqlarda 9,9, 11-17 yaşlı uşaqlarda isə 7,3% artım müşahidə olunub.
 
Ötən il 420 nəfər 3 yaşa qədər olan, 172 nəfər 3-5 yaşlı, 167 nəfər 6-10 yaşlı, 118 nəfər 11-17 yaşlı uşaq övladlığa götürülüb.
 
2017-ci ildə Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 28 uşağı övladlığa götürüblər. Onlardan 12-i qız olub.
 
Ötən il məhkəmələr tərəfindən övladlığa götürülmənin ləğv edilməsi haqda qərarların sayı da azalıb. Belə məhkəmə qərarları 7,9% azalıb, il ərzində 58 övladlığa götürmə ləğv edilib.(contact.az)

Google+ WhatsApp ok.ru