Övladınızla sosial media müqaviləsi bağlayın

Övladınızla sosial media müqaviləsi bağlayın

Son illərdə həyaımızda əhəmiyyətli bir yer tutan sosial media bütün münasibətlərimizə təsir etməkdədir.
 
Sizə övladınızı sosial medianın təsirlərindən qorumaq üçün bir sıra tövsiyələri təqdim edirik. İndiyə kimi aparılan araşdırmalar göstərir ki, virtual aləmdə çox vaxt keçirmək insanları reallıqdan uzaqlaşdırır və onları xüsusi formalaşdırılmış şəxsiyyətlərə çevirir. Psixoloqlar bildirirlər ki, bu kimi əks təsirlərin qarşısını almaq üçün valideynlər qadağanlar əvəzinə, uşaqlarla münasibət qurmağa üstünlük verməlidirlər. 
 
Sosial medianın verdiyi ziyanlar aşağıdakı kimi təsnif edilə bilər. 
 
Sosial medianın asılılıq səviyyəsini göstərən əlamətlərdən biri zamanın düzgün tənzimlənməməsidir. Bu nəzarətin itirilməsi vaxtın boş yerə itirilməsi yanaşı insanın ətrafı və yaxınları ilə münasibətlərinin korlanmasına gətirib çıxarır. Lakin "istədiyim zaman əl çəkə bilərəm" ideyası insana hakim olarsa o çətin bu vərdişindən əl çəkər. 
 
sosyal medya bağımlılığı
 
Araşdırmalara görə əgər uşaq erkən yaşda sosial medianı özü üçün kəşf etsə, bu onda yanlış şəxsiyyətin formalaşmasına gətirib çıxara bilər. Bunun üçün uşağınızı sıxışdırmaq yerinə, onunla qarşı-qarşıya oturub söhbətləşmək lazımdır. İlk növbədə internet üçün ailə qaydalarını müəyyən etmək lazımdır. Belə bir müqavilə formasını sizinlə paylaşırıq.
 
1.Şəxsi məlumatları qətiyyən sosial mediada paylaşmaq olmaz.
 
2. Ailə ilə kompüterə endiriləcək proqramları müzakirə etmək lazımdır və razılıq olarsa bu baş tutmalıdır.
 
3. Ailədən xəbərsiz şifrə dəyişdiriləməyəcək. Şifrə dostlara verilməyəcək və gizli heç bir hesab açılmayacaq.
 
4. Ailənin xəbəri olmadan heç bir söhbət məkanına girilməyəcək və şəxsi olaraq tanınmayan heç kimlə danışılmayacaq.
 
5. İnternet  üzrə həll ediləcək ev tapşırıqları və internetlə bağlı problemlərin həlli üçün gündəlik 2 saatdan artıq vaxt sərf edilməməlidir. 
 
6. Ailə daimi olaraq internetdəki hesabı araşdıracaq. 
 
7. Dostların və yaxınların uyğun olmayan fotoları çəkilməyəcək və bunlara sosial şəbəkədə paylaşılmayacaq.
 
8. Sosial medianı başqalarını təhqir etmək və aşığlamaq kimi istifadə olunmayacaq. 
 
9. Sosial mediada yer göstərilməyəcək, yəni məkan paylaşımı edilməyəcək. 
 
10. Hər hansı bir kanaldan və ya kimdənsə hədələr alınsa cəzalandırılma qorxusuna baxmayaraq bunu ailə ilə bölüşmək lazımdır.  
 
11. Əgər internetdə yaşa uyğun olmayan foto və ya video görülsə, bunu izləmək dərhal dayandırılmalıdır. 
 
Xatırladaq ki, bu qaydaları yalnız uşaq və valideynlər arasında deyil, evli cütlüklər də arasında da tətbiq etmək mümkündür. (islaminsesi) /

Google+ WhatsApp ok.ru