Özbək qapıçıdan möhtəşəm qol - VİDEO

Özbək qapıçıdan möhtəşəm qol - VİDEO

 
Yeniyetmələrin Asiya futbol çempionatında Koreya Xalq Demokratik Respublikası komandası ilə Özbəkistan futbolçularının yarışında maraqlı hadisə qeydə alınıb.
 
Verilən xəbərə görə Özbəkistan komandasının qapıçısı Yasurbəy Umrzakovun öz qapısından birbaşa vurduğu top rəqib qapısından keçib. Matçın 49-cu dəqiqəsində bu top zərbəsilə hesab açılıb.
 
Yarışda yekun hesab özbək yeniyetmələrinin xeyrinə 3:1 olub. Beləliklə, onlar Asiya çempionatının dörddə bir finalına vəsiqə qazanıblar. Qarşıda İraq komandası ilə yarış gözlənilir. (salamnews) /

Google+ WhatsApp ok.ru