Özbəkistan Həcc ziyarəti üçün məhdudiyyətlər tətbiq edib

Özbəkistan Həcc ziyarəti üçün məhdudiyyətlər tətbiq edib

-- bu ölkənin vətəndaşları yalnız bir dəfə Həcc ziyarətinə gedə biləcək

Özbəkistanda qəbul olunan yeni  qanuna əsasən bu ölkənin vətəndaşları  yalnız bir dəfə Həcc ziyarətinə gedə biləcək. 
 
Maide.Az  “Dünya Bülteni”-nə istinadən məlumat verir ki, yeni qanuna əsasən Həcc ziyarətinə yalnız indiyə kimi bu dini ayini yerinə yetirməyən şəxslər gedə bilər. 
 
Hökumətin 2017-ci il dekabrın 28-də təsdiqlədiyi qanuna əsasən, həccə getmək üçün müraciət edənlərin madi vəziyyəti də yoxlanılacaq. İqtisadi durumu hökuməti qane etməyən vətəndaşlar bu hüquqdan məhrum ola bilərlər.
 
Qeyd edək ki,  Özbəkistan qanunlarına əsasən  bun öncə ölkə vətəndaşları yalnız 5 ildən bir  Həcc ziyarətinə gedə bilərdi.
 
2017-ci ildə Özbəkistandan Səudiyyə Ərəbistanına gedəcək zəvvarların ümumi kvotası 2016-cı illə müqayisədə 20 faiz artırılmış və 13,2 min nəfərə çatdılmışdır. 
 
Xatırladaq ki, bundan öncə Tacikistanda da  həccə getmək üçün müraciət edənlərin madi vəziyyətinin yoxlanılacağı və maddi vəziyyəti yaxşı olmayanların ziyarətə buraxılmayacağı haqda məlumat verilmişdir. 
 

Google+ WhatsApp ok.ru