Özbəkistanda 2 min 700 məhkum əfv olunub 07 Dekabr 2017 02:00 Dünya -- onlardan 956 nəfəri həbsdən buraxılacaq Özbəkistan prezidenti Shavkat Mirziyoev əfv fərmanı imzalayıb. Dövlət mediası bunu ölkə tarixində məhkumların ən böyük əfvi adlandırır. Dekabrın 7-də imzalanmış fərmanla 2 min 700 məhkum əfv edilib, onlardan 956 nəfəri həbsdən buraxılacaq. Digərlərinin cəzası ya şərti olub, ya da başqa səbəblərdən həbsdə olmayıblar. Dekabrın 8-də Özbəkistan konstitusiyasının 25 illiyini qeyd edir. Əfv də bu tarixi hadisə ərəfəsində imzalanıb. Mirziyoev 2016-cı ilin sentyabrında, avtokrat lider Islam Karimov-un ölümündən sonra hakimiyyətə gəlib. O vaxtdan bir neçə jurnalist, siyasətçi, insan haqları qruplarının “siyasi məhbus” saydığı şəxslər azadlığa buraxılıb. Human Rights Watch (HRW) insan haqları təşkilatı oktyabrda bildirib ki, Mirziyoev-in hakimiyyətdə olduğu bir il ərində “bəzi müsbət addımlar” atılıb və qurum insan haqları sahəsində “əsaslı” dəyişikliyə çağırıb.(azadliq.org) Teqlər : #Özbəkistanda 2 min 700 məhkum əfv olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru YUNİSEF: Çirkli hava körpələrin beyinlərinə zərər verir Ayətullah Sistani Trampın Qüds qərarını pislədi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO