ÜDM azalıb, inflyasiya yüksəlib ...

ÜDM azalıb, inflyasiya yüksəlib ...

2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 15229,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.9 faiz azdır.
 
Bu haqda Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
 
Əlavə dəyərin 46,6 faizi sənayedə, 12 faizi ticarət, nəqliyyat sahəsində, 7,8 faizi tikintidə istehsal edilib. Turistlərin yerləşdirilməsi və ictimai iaşənin payına 2,9, kənd təsərrüfatının payına isə 2,7 faiz düşür.
 
Əhalinin hər bir nəfərinə düşən ümumi daxili məhsulun həcmi isə 1570,0 manat təşkil edib.
 
Sənaye məhsulu istehsalında da eniş var
 
3 ayda sənaye müəssisələrində 10 milyard manatlıq məhsul istehsal edilib. Bu əvvəlki illə müqayisədə 6,8 faiz azdır.
 
Emal sektoruna gəlincə, qida məhsullarının istehsalı 3,4, içkilərin istehsalı 37,1 faiz, toxuculuq məhsullarının istehsalı 2,4 dəfə, mebel istehsalı isə 56,5 faiz artıb.
 
Tütün istehsalı 58,1, dəri, dəri məhsulları istehsalı 54, maşın və avadanlıqlarının quraşdırılması işləri isə 59,9 faiz azalıb.
 
İnflyasiya - 13.2 faiz...
 
Yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərinə gəlincə, yenə bahalaşma var.
 
3 ayda əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə qiymətlər 13,2 faiz bahalanıb.
 
Ərzaq məhsullarının qiymətlərindəki artım 17 faiz olub.
 
Qeyri-ərzaq məhsullarının qiymətləri 12,6, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,6 faiz bahalaşıb. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru