Ümrə ziyarətini başa vuran zəvvar qrupu Azərbaycana qayıdıb

Ümrə ziyarətini başa vuran zəvvar qrupu Azərbaycana qayıdıb

Azərbaycandan Ümrə ziyarətinə gedən 60 nəfərlik qrup vətənə qayıdıb.
 
Maide.info bildirir ki, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
 
Onun sözlərinə görə, ziyarət dövründə zəvvarların səhhətində heç bir problem olmayıb: "Zəvvarlar öz ibadətlərini sağ-salamat şəkildə sona çatdırıb. Hazırda orada havanın temperaturu 30-32 dərəcə təşkil etdiyindən ziyarətçilər hava şəraiti ilə bağlı çətinliklər də yaşamır. Növbəti qrupun ziyarətə nə zaman gedəcəyi hələlik məlum deyil".
 
Qeyd edək ki, martın 17-də Ümrə ziyarətinə yola düşən qrup 60 nəfərdən ibarət idi. Zəvvarların 48 nəfəri qadın, 12-si kişi olub. Onlardan 30 nəfəri 2230, 30 nəfəri isə 1590 dollarlıq xidmət paketindən istifadə edib.

Google+ WhatsApp ok.ru