Ümumdünya Səhiyyə Təşkilatı: Yəməndə vəba epidemiyası qurbanlarının sayı 1889 nəfərə çatıb

Ümumdünya Səhiyyə Təşkilatı: Yəməndə vəba epidemiyası qurbanlarının sayı 1889 nəfərə çatıb

Ümumdünya Səhiyyə Təşkilatı yeni bəyanat yayaraq Yəməndə vəba epidemiyası qurbanlarının sayının 1889 nəfərə çatdığını bildirib. 
 
Maide.Az-ın “AA”-a istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı cümə günü yayımladığı bəyanatda elan edib ki, cari ilin aprel ayının sonundan indiyədək Yəmənin müxtəlif bölgələrində vəbaya yoluxmuş 1889 nəfər həyatını itirib. 
 
Bəyanatda bildirilir ki, Yəməndə indiyədək 414 min 548 nəfər vəbaya yoluxma şübhəsi ilə qeydiyyata alınıb.  
 
Qeyd olunub ki, ötən bir həftə ərzində Yəməninn müxtəlif bölgələrində daha 40 min nəfər vəbaya yoluxmaqda şübhəli bilinərək qeydiyyata alınıb.   
 
Xatırladaq ki, 2015-ci ilin statistikasına əsasən Yəmənin 27 milyon nəfərdən çox əhalisi var. Yəmən ölkə tələbatının 90 faizini müharibədən öncə idxalat hesabına təmin edirdi. 
 
Səudiyyə Ərəbistanının Yəmənə təcavüzündən sonra  yüzlərlə insan evlərindən didərgin düşüb, ölkənin infrastrukturunun 80 faizi dağıdılıb. Ali-Səud rejiminin Yəmənə təcavüzü və və həyata keçirdiyi zalım iqtisadi sanksiyalar nəticəsində bu ölkədə müxtəlif xəstəliklərlə və ölümlə çarpışan uşaqların fəryadları və acı çığırtıları eşidilir. Yəmənli uşaqlar ana və atalarının gözləri qarşısında can verir.
 
Səudiyyə Ərəbistanının liderliyində Yəmənə qarşı başladılan müharibə təxminən 2 il yarımdır ki, davam edir. Bu müddətdə ölkədəki həyati infrastrukturlar tamamilə darmadağın edilib və tətbiq edilən iqtisadi sanksiyalarla vəba kimi bir çox yoluxucu xəstəliklər nəticəsində ölkə əhalisi çox ciddi təhdidlərlə üz-üzədir. Əgər tədbir görülməsə ölkədə insanlıq faciəsi baş verəcək.
 
Mövcud statistikaya əsasən, Səudiyyə rejiminin təcavüzü nəticəsində 12 milyon nəfərdən çox yəmənli həyatını itirib. 

Google+ WhatsApp ok.ru