Ümumdünya Səhiyyə Təşkilatı: `Yəməndə  vəbaya yoluxanların sayı 50 faiz artıb`

Ümumdünya Səhiyyə Təşkilatı: `Yəməndə vəbaya yoluxanların sayı 50 faiz artıb`

Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə vəba virusuna yoluxanların sayının 50 faiz artdığını elan edib. 
 
Maide.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ötən gün açıqladığı hesabatda bildirib ki, aprel ayının 27-dən indiyədək 35 min 217 nəfər vəba virusuna yoluxub, bu virusa yoluxanların 50 faiz artdığını göstərir.     
 
Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki nümayəndəsi Nevio Zagaria bildirib ki, inidyək 242 nəfər bu virusua yoluxduğu üçün həyatını itirib. “Ötən 3 həftə ərazində Yəmənin müxtəlif bölgələrindən  23 min 500 nəfərin vəba virusuna yoluxması ilə bağlı  məlumatlar ötürülüb”.
 
Yəmənin Səhiyyə Nazirliyi Sənada vəba epidemiyası ilə bağlı  fövqəladə vəziyyət elan edib. 
 
Beynəlxalq Təşkilatlar o cümlədən BMT və Qizıl Xaç Səudiyyə Ərəbistanın Yəmənə təcavüzünü Yəməndə vəbanın yayılmasına səbəb kimi göstərib. Səudiyyə rejiminin yoxsul Yəmənə təcavüzü nəticəsində bu ölkədə infrastruktura ciddi ziyanlar dəyib. Bir çox xəstəxanalar, məktəblər və zavodlar dağıdılıb. 
 
Yəmən qaynaqlarının məlumatına görə, Səudiyyə rejimi Yəməndə əsasən dinc sakinlərin məskunlaşdığı bölgəni bombalaması nəticəsində indiyədək 12 min nəfərdən çox insan həyatını itirib və milyonlarla insan evlərindən didərgin düşüb. 
 
Azal Medical Centerin həkimi Yahya Al-Hamdani düşünür ki, vəba virusu Yəməndə qəsdən və hava vasitəsi ilə yayılıb. “Epidemiyanın yayılmasında önəmli səbəblərdən biri zəhərli qazların hava vasitəsi ilə yayılmasıdır. Zəhərli qazlar gizli şəkildə vəba virusunun geniş yayılmasına səbəb olur”. 
 
Həkim həmçinin Yəməndə xəstəxanaların dağıdılması, dərman, tibbi personal və həkimlərin çatışmamazlığı da bu virusun insanlar arasında geniş yayılmasının digər amili kimi qeyd edib. /

Google+ WhatsApp ok.ru