Ümumdünya Səhiyyə Təşkilatı ən ölümcül yoluxucu xəstəliyin adını açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı ən ölümcül yoluxucu xəstəliyin adını açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın ən ölümcül yoluxucu xəstəliyinin vərəm olduğunu açıqlayıb və bu xəstəliyə qarşı təxirəsalınmaz tədbirlərin görülməsi üçün çağırış edib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, ÜST-nin saytında dərc olunan hesabata əsasən, vərəmin yayılmasının qarşısını almaq istiqamətində qlobal səylərə baxmayaraq, yalnız 2017-ci ildə 10 milyon insan vərəm olub və onlardan 1.6 milyonu həyatını itirib.
 
Bununla yanaşı, hesabatda birgə səylər sayəsində 2000-ci ildən etibarən 54 milyon insanın həyatının xilas edildiyi bildirilsə də, yeni yoluxma sayının hər il 2% azaldığı qeyd olunub.
 
Ancaq vərəm xəstəliyinin GİCS-i geridə qoyaraq, bütün infeksiyalar arasında ən təhlükəli olmağa davam etdiyi bildirilib.
 
ÜST aşağı və orta gəlirli ölkələrin təkcə bu il vərəmin qarşısının alınması və müalicəsi üçün 3.5 milyon dollara ehtiyacının olduğunu deyib. Qurum müvafiq tədbirlərin vaxtında alınmaması halında da 2022-ci ilə qədər bu sayın iki dəfə arta biləcəyini bildirib.
 

Google+ WhatsApp ok.ru