İbadidən texnokrat hökümət üçün Sədr ilə anlaşma açıqlaması

İbadidən texnokrat hökümət üçün Sədr ilə anlaşma açıqlaması

-- İbadi Sədrlə görüşüb

İraqın baş naziri Heydər əl-İbadi, Şiə lideri Sədr ilə texnokratlardan ibarət hökumət qurulması mövzusunda anlaşdıqlarını bildirib. 
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki, İraqın baş naziri Heydər əl-İbadi, Bağdadda  keçirilən mətbuat konfransında  bildirib ki, Seyyid Muqtəda Sədr ilə görüşdüm. Bütün siyasi qrupların yer alacağı, təriqət və məzhəbçilikdən uzaq texnokrat namizədlərdən təşkil olunacaq hökumət qurulması mövzusunda müzakirə aparıb razılaşdıq. 
 
H.əl-İbadi siyasi qrupları tez bir zamanda yığılaraq parlamentin iclasını keçirməyə çağırdı. 
 
O, hökumətin qurulması prosesinin qısa zamanda gerçəkləşəcəyini düşündüyünü bildirib. 
 
12 mayda keçirilən seçkilərdə saxtakarlıq iddialarına toxunan İbadi, İraq Yüksək Seçim Komissarlığını şikayətləri şəffaflıqla araşdırmağa çağırıb.  “Komissarlığın hansısa bir namizədi və ya koalisiyanı  dəstəkləmə haqqı yoxdur. Bizim şaiəyələrə görə seçimləri ləğv etmək tələbimiz yoxdur".  
 

Google+ WhatsApp ok.ru