İcra başçısı vəkilin cəzalandırılmasını istəyir

İcra başçısı vəkilin cəzalandırılmasını istəyir

-- Vəkildən şikayət onun Gədəbəy rayonundan olan sahibkarları müdafiə etməsi ilə bağlıdır

Gədəbəy rayonunun İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Vəkillər Kollegiyasına şikayət edib. İcra başçısı vəkil Elçin Sadıqovun cəzalandırılmasını istəyir.
 
"Turan"-ın məlumatına görə, bu haqda Azadlıq Radiosuna vəkil özü məlumat verib.
 
Vəkildən şikayət onun Gədəbəy rayonundan olan sahibkarları müdafiə etməsi ilə bağlıdır. Həmin sahibkarlar hüquqlarının pozulduğunu iddia edir, onları dövlət qurumları, məhkəmələrdə vəkil Elçin Sadıqov təmsil edir.
 
E.Sadıqovun bildirdiyinə görə, hüquqlarının müdafiə etdiyi sahibkarların iddia etdikləri pozuntularla bağlı əlaqəli qurumlara müraciət edib.
 
"Hüquqlarını müdafiə etdiyim sahibkarların üzləşdiyi pozuntularla bağlı əlaqəli qurumlara, o cümlədən ölkə başçısına şikayət etmişəm. Gərəkli addımların atılmasını xahiş etmişəm. Bu, vəkil olaraq mənim hüququmdur. Məhz şikayət etdiyimə görə, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məndən şikayət edib. Kollegiyada bu şikayətlə bağlı barəmdə intizam icraatına başlanıb", deyə vəkil bildirib.
 
İndiyədək bir neçə vəkil, xüsusilə də siyasi məzmunlu məhkəmə işlərinə çıxan vəkillər müxtəlif qurumların şikayəti əsasında Vəkillər Kollegiyasından uzaqlaşdırılıblar.(contact.az)
 
 

Google+ WhatsApp ok.ru