İCTİMAİ AZĞINLIQLARIN MÜQABİLİNDƏ MÜQAVİMƏT

İCTİMAİ AZĞINLIQLARIN MÜQABİLİNDƏ MÜQAVİMƏT

İmam Mehdinin (ə) intizarının mühüm təsirlərindən biri də intizarçıların ictimai azğınlıqlar müqabilində müqavimətidir. Qələbəliyə və dünyanın çiçəklənməsinə inamın çoxlu etiqadi-tərbiyəvi təsirləri vardır. Rəvayətlərdə belə buyurulur: “Bizim Qaimimizin (imam Mehdi (ə)) qeybə çəkildiyi dövrdə vilayətimizə möhkəm bağlanan şəxsə Allah-Taala BədrÜhüd döyüşündə şəhid olanlar kimi min şəhidin savabını verər.” (“Mizanul-hikmət”, 1-ci cild, səh.282.)

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizdən sonra elə insanlar gələcək ki, onlardan biri sizin əlli nəfərinizin savabını qazanacaq.”

Dedilər: “Ey Allahın Rəsulu, biz “Bədr”, “Ühüd” və “Hüneyn” döyüşlərində sizinlə birgə vuruşmuşuq, Quran bizim zamanımızda nazil olmuşdur! (Axı, necə ola bilər ki, onlar daha çox savab qazansın?)”

Həzrət buyurdu: “Əgər onların başına gələnlər sizin başınıza gəlsəydi, onlar kimi səbirli olmazdınız.” (“Mizanul-hikmət”, 1-ci cild, səh.281.)

Ayətullah əl-üzma Safi yazır: “İntizar dedikdə, vəzifə və məsuliyyətlərin yerinə yetirilməsində zəiflik, süstlük və səhlənkarlıq, eləcə də, ictimai pozuntularla mübarizəni, insanları yaxşılığa dəvət və pislikdən çəkindirməyi tərk edənin bəhanəsi nəzərdə tutulmur; onu sükut, sönük, hərəkətsiz, etinasızlıq, mövcud vəziyyətlə razılaşmaq və ümidsizlik kimi mənalandırmaq düzgün deyildir. İntizar azğınlıq, küfr, irtica, zülm və haqsızlıqla mübarizə aparmaq, islahat, inqilab və fədakarlıq deməkdir. İslahatla intizar bir-birilə yanaşıb olub, heç vaxt bir-birindən ayrılmaz. İntizar islahat və hərəkatın səbəbidir. Demək, buna inam sayəsində İslam aləminin mücahidləri dünyanın bütün zülmkar qüvvələrinin sıxıntıları müqabilində müqavimət göstərəcək, əqidəsindən azacıq belə dönməyəcək, haqq dövlətin bərpası uğrunda yorulmaq bilməyəcəkdir.” (“İmamət və məhdəviyyət”, Ayətullah Lütfüllah Safi Qulpayqani, səh.385 və 387.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru