İdxaldan asılılıq artır, niyə?

İdxaldan asılılıq artır, niyə?

-- ət idxalı 37% artıb

"Novoye Vremya" qəzetində "Qida təhlükəsizliyi təhlükə altındadır?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkəyə artan qida idxalı fonunda qida təhlükəsizliyinin vəziyyətini müzakirəyə çıxarıb.
 
Yazi müəllifi deyir ki, 2017-ci ildə Azərbaycana Ukraynadan qida məhsulları idxalı artıb: "Belə ki, Azərbaycana bu ölkədən ət idxalı 2,7 dəfə artaraq, pul ifadəsində 37,8 milyon dollar təşkil edib. Bu isə Ukraynanın ümumi ət ixracının 7,1%-i deməkdir".
 
Müəllif bu idxalla Dövlət Statistika Komitəsinin 2018-ci il yanvarın 1-nə Azərbaycanda 2 milyon 679 min iribuynuzlu, 8 milyon 500 min kiçik buynuzlu sürü olması, 2017-ci ilin eyni dövrülə müqayisədə iribuynuzluların 0,7%, xırda buynuzluların 1,7% azalması göstəricisi arasında əlaqə görür: "Komitənin göstəriciləri inandırıcı deyil, iribuynuzlu heyvanların azalması faizi daha yüksək ola bilər, Ukraynadan ət idxalının artım sürəti bunu göstərir və söhbət bu ölkədən Azərbaycana ət idxalının 37% artmasından gedir. Bu ənənənin 2018-ci il boyu davam edəcəyi də istisna deyil".
 
Müəllif bu idxal artımını həm də Azərbaycanda uyğun qurumların öz işilə məşğul olmaması, hökumətin prioritet hesab etdiyi qida təhlükəsiziliyinə zərbə kimi dəyərləndirir: "İstənilən halda ölkənin istehlak bazarının asılılıq fazinin artması ilkin olaraq qida təhlükəszliyinə zərbə, əhalinin yerli ət istehsalı ilə təmin olunması siyasətinin iflasa uğraması deməkdir. Hələ bu idxal edilən ətin keyfiyyətinin bütün normalara uyğun olub-olmaması da kiçik məsələ deyil".
 
Müəllif vurğulayır ki, postsovet dövründə Azərbaycan özünü ətlə təmin etməklə yanaşı, Türkiyə və İrana ət ixrac edirdi, indi isə keydiyyətli ət qıtlığı özünü təkcə ölkənin regionlarında yox, Bakı və Sumqayıt kimi şəhərlərdə də göstərir.
 
Üstəlik, müəllifə görə, bir tərəfdən ölkənin bəzi rəsmi qurumları bəyan edirlər ki, kənd təsərrüfatı məhsullarının ixracından gələn gəlirlər enerji xammal satışı ixracından gələn gəlirlərdən çoxdur, digər tərəfdən də bu ərzaqla bağlı müəyyən qıtlıq, qiymət bahalaşması kimi gerçəklər üzə çıxır.
 
Müəllif vurğulayır ki, rəsmi qurumlar ölkədə iribuynuzlu heyvanların çoxalması sahəsində problem olmadığını, kifayət qədər yerli ət istehsal edildiyini deyirlər, amma, buna baxmayaraq, eyni zamanda da ölkəyə ət idxalı artmaqdadır.
 
Yazı müəllifi deyir ki, Azərbaycan ətin qiymətinin bahalığına görə MDB məkanında birincidir, heç bir mövsümi dəyişklik qiymətə təsir etmir və buna görə də bu durumu inhisarçıların və işbazların sövdələşməsinin nəticəsi kimi dəyərləndirir.
 
Müəllifə görə, bu, həm də qeyri-neft sahəsinin inkişafı üçün şərait yaradılmasına baxmayaraq, inhisarın yerli istehsalı boğmasının göstəricisidir.
 
Müəllif ərzaq sahəsində idxalın 25%-dən yüksək olmasını isə yerli bazarın idxaldan yüksək şəkildə asılı olmasının göstəricisi hesab edir.(contact.az)
 

Google+ WhatsApp ok.ru