İftardan sonra çox siqaret çəkənlərə xəbərdarlıq! - İnfarkt riskini artırır

İftardan sonra çox siqaret çəkənlərə xəbərdarlıq! - İnfarkt riskini artırır

-- dünyada hər il 4 milyona yaxın insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişir

Ramazan ayında oruc tutan siqaret çəkənlərin bir çoxu iftardan sonra dərhal bir neçə siqaret çəkir.
 
Maide.Az “Habertürk”ə istinadən xəbər verir ki, tanınmış həkim Dilək Toprak bunun sağlamlıq üçün çox zərərli olduğunu söyləyib:
 
“Gün ərzində orqanizmdə nikotin əskikliyi olur. Buna görə də iftardan sonra siqaretə “hücum” edirlər. Bu vəziyyət imsaka qədər davam etdiyində, yüksək miqdarda nikotin təsirinə məruz qalmış olur. Bu isə təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur. Ən qorxulusu isə infarkt və beyin qanamasına da gətirib çıxara bilir”.
 
Mütəxəssis Ramazan ayının siqaret çəkmə vərdişindən uzaqlaşmaq üçün gözəl fürsət olduğunu da sözlərinə əlavə edib.
 
Qeyd edək ki, dünyada hər il 4 milyona yaxın insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişir.
 

Google+ WhatsApp ok.ru