İki dinc vətəndaşımızı öldürən Ermənistan dezinformasiya siyasətini işə salıb

İki dinc vətəndaşımızı öldürən Ermənistan dezinformasiya siyasətini işə salıb

Dünən biri uşaq olmaq iki dinc sakinimizi öldürən işğalçı Ermənistan yenidən təxribatyönümlü dezinformasiyalar yaymaqla məşğuldur. Düşəm tərəf əlində olan media resurslarında guya bölmələrimiz tərəfindən TR-107 yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması barədə yalan məlumatlar yayırlar. 
 
Sözügedən dezinformasiya ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlama verib:
“Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. Ermənistan tərəfinin bu məlumatı, onların mülki əhalini atəşə tutduqlarından sonra əl atdıqları təxribat, dezinformasiya və saxtakarlıqdan başqa bir şey deyil. Real fakt ondan ibaətdir ki, Ermənistan silahlı qüvvələri mülki əhalini atəşə tutub və nəticədə bir qadın və bir körpə uşaq həlak olub”.
 
V. Dərgahlı onu da qeyd edib ki, Ermənistanın Müdafiə Nazirliyi yalan məlumat yaymaqla çaşqın vəziyyətə düşüb: "Belə ki, əslində TR-107 yaylım atəşli reaktiv sistemi (YARS) Amerikada deyil, Türkiyədə istehsal olunur. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri bu yaylım atəşli reaktiv sistemlərini tətbiq etməyib, yalnız düşmənin dinc əhalinin ölümünə səbəb olan təxribatının qarşısını alıb". /

Google+ WhatsApp ok.ru