İki rayonda qaz olmayacaq 03 May 2018 01:00 Ölkə -- bu gün saat 09:00-dan işlər yekunlaşdırılanadək Diametri 1220 mm-lik "Astara-Qazıməmməd" maqistral qaz kəmərinin 102-103-cü km-lərində avtomobil yolu ilə kəsişən və yeni çəkilərək təhlükəsiz əraziyə köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, bu gün saat 09:00-dan işlər yekunlaşdırılanadək təmir işləri aparılacaq. Maide.Az bildirir ki, bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Təmir müddətində Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. Teqlər : #İki rayonda qaz olmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2019-cu ildə Azərbaycanda əhalinin siyahıya alınmasına başlanacaq Azərbaycanda mayın 4-də gözlənilən hava şəraiti açıqlanıb