İlahiyyatçı Elşən Mustafaoğlunun barəsindəki  hökm dəyişdirilmədən qüvvəsində saxlanılıb

İlahiyyatçı Elşən Mustafaoğlunun barəsindəki hökm dəyişdirilmədən qüvvəsində saxlanılıb

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun barısindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən hökm dəyişdirilmədən qüvvəsində saxlanılıb.
 
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mustafa 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Mustafaoğlu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. (qafqazinfo)

Google+ WhatsApp ok.ru