İlahiyyatçılar Zülfüqar Mikayılzadə və Elman Ağazadənin məhkəməsi başlayır

İlahiyyatçılar Zülfüqar Mikayılzadə və Elman Ağazadənin məhkəməsi başlayır

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağazadənin və digər 10 nəfərin barəsində ibtidai istintaq yekunlaşıb.
 
Meydan TV-nin məhkəmədən əldə etdiyi məlumata görə, iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin şəxslərin cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 19-na təyin edilib.
 
Taleh Bağırzadənin müavini olan Elçin Qasımov və digər 12 nəfərin cinayət işi üzrə isə ayrıca məhkəmə prosesi keçirilir.
 
 
 

Google+ WhatsApp ok.ru