İlansancma zamanı ilk tibbi yardım

İlansancma zamanı ilk tibbi yardım

-- hər il ölkəmizdə təxminən 120-130 ilancancma halı olur

İlan sancması yay fəslinin ən təhlükəli hadisələrindən hesab olunur. Statistikaya görə, hər il ölkəmizdə təxminən 120-130 ilancancma halı olur. Təəssüf ki, əksər hallarda zərərçəkəni həkimə çatdırana qədər hansı tədbirləri görmək lazım gəldiyini heç də hamı bilmir.
 
Maide.Az "azərtac"a istinadən həkim və mütəxəssislərin bəzi məsləhətlərini nəzərə çatdırır.
 
İlan sancması üçün xarakterik əlamət bundan ibarətdir: sancma yerində dəri qızarır, şişkinləşir, göyərmələr yaranır. Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, zədələnən nahiyənin keyiməsi müşahidə olunur. Əsaslı tibbi baxışa qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməlidir. Bunun üçün əvvəlcə ilan sancan adamı sakitləşdirmək, qorxu və həyəcan hissini aradan qaldırmaq lazımdır. Sonra onu uzadaraq rahat şərait yaradılmalıdır. Əl altında olan materiallardan istifadə edərək yara nahiyəsinə şina qoyulmalıdır. Bundan sonra yaradan zəhəri çıxarmağa çalışmaq lazımdır. Sorma üsulu ilə zəhərin 20 faizini xaric etmək mümkündür. Zəhərin sorulması üçün iki əsas şərt tələb olunur: ilan sancandan sonra yalnız ilk 5-10 dəqiqə ərzində zəhəri sormaq mümkündür və bu zaman ağız boşluğunda yara, sıyrıntı, çürük və kariyes dişlər olmamalıdır.
 
Yara üzərinə xörək duzu məhlulu ilə isladılan, olmasa, təmiz quru sarğı qoyulmalıdır.
 
Yaddan çıxarmaq olmaz ki, ilan sancma zamanı yaranın ətrafına sıxıcı sarğı qoymaq və ya həmin nahiyəni yandırmaq, kəsiklər aparmaq və buz qoymaq qəti qadağandır. Hətta zəhərlənməyə xas əlamətlər olmasa belə, əgər ilanın dişlərinin izi görünürsə xəstə ən azı 12 saat ərzində müayinə olunmalı və müşahidə altında tutulmalıdır.

Google+ WhatsApp ok.ru