İlin əvvəlindən 11 gün  ərzində Avropya keçmək istəyən 192 miqrant həyatını itirib

İlin əvvəlindən 11 gün ərzində Avropya keçmək istəyən 192 miqrant həyatını itirib

-- Aralıq dənizində

İlin əvvəlindən 11 günə ərzində Aralıq dənizi vasitəsilə Avropaya gələn miqrant və qaçqınlardan 192 nəfər həlak olub. Bu rəqəm ötən ilin eyni dövründə 12 nəfər təşkil edib. 
 
Maide.Az “dunyabulteni”-nə istinadən xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı (İOM)sözçüsü  Joel Millman  keçirdiyi mətbuat konfransında deyib ki, bu il Aralıq dənizi yolu ilə Avropaya 1476 miqrant keçib. Onlardan 577 –si İtalya,  614-ü Yunanıstan və 285-I isə İspaniyaya keçib. 
 
O ötən ilin eyni dövründə 159 miqrantın Avropaya keçdiyini bildirib. 
 
J.Millman ötən həftənin bazar ertəsi Liviya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində  64 miqrantın ölümünü ilin indiyədək ən böyük miqrant faciəsi olduğunu açıqlayıb. 
 
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, 2017-ci ildə  Aralıq dənizi vasitəsilə Avropaya gələn miqrantların sayı 171 min nəfər olub.  Ötən il 3116 miqrant Aralıq dənizində həyatını itirdi. 
 

Google+ WhatsApp ok.ru