İlk dəfə nəhəng asteroid Yer kürəsinə ən yaxın məsafədən keçəcək

İlk dəfə nəhəng asteroid Yer kürəsinə ən yaxın məsafədən keçəcək

“Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq

Sentyabrın 1-də böyük bir asteroid dünyanın yaxınlığından keçəcək.  
 
Maide.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından verilən xəbərə görə, NASA astronomları asteroidin təhlükəsiz keçid edəcəyini bildirib.
 
 “Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından ötüb keçəcək.
 
Bununla əlaqədar NASA vebsaytına asteroidin keçmə anını əks etdirən GIF təsvir verib. Bildirilib ki, “Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq.
 
Qeyd edək ki, “Florence” asteroidi ilk dəfə 1981-ci ildə amerikalı astronom Schelte J.Bus tərəfindən kəşf edilib. /

Google+ WhatsApp ok.ru