İlqar Məmmədov azadlığa buraxıldı-FOTO

İlqar Məmmədov azadlığa buraxıldı-FOTO

Bu gün Şəki Apellyasiya Məhkəməsi REAL Partiyasının lideri İlqar Məmmədovu şərti azadlığa buraxıb.
 
Məhkəmə cəza müddətinin qalan hissəsinin 2 il sınaq müddəti ilə əvəzlənməsi və ölkədən çıxışına qadağa qoyulması ilə şərti cəza barədə qərar qəbul edib.
 
Xatırladaq ki, siyasi məhbus İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunaraq 7 il azadlıqdan məhrum edilmişdi.
 
Avropa məhkəməsi onun həbsinin qanunsuz olması barədə iki qərar qəbul etsə də hakimiyyət indiyədək bu qərarları icra etməmişdi.(contact.az)
 

Google+ WhatsApp ok.ru