İmam Hüseynin (ə) hərəminin nəzdində universitet açıldı - FOTO 20 Sentyabr 2017 01:00 Məhərrəmlik İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində “Varisul-Ənbiya” Universitetinin açılış mərasimi keçirilib. Maide.Az xəbər verir ki, Universitetin rektoru Nofel Ərəci deyib ki, təhsil ocağı İmam Hüseynin (ə) hərəminin qabaqcıl layihələrindəndir. “Ümid edirik ki, universitetimiz cəmiyyətə xidmət etməkdə və mühəndislik, tibb, hüquq və digər fakültələrdə tələbələrin yetişdirilməsində önəmli rol oynayacaq”. O qeyd edib ki, tələbələrin qəbulu İraqın ali təhsil və elmi tədqiqat nazirliyinin qaydalarına uyğun aparılacaq. Universitetdə həmçinin modern texnologiyalarla təchiz olunmuş laboratoriyalar mövcuddur ki, tələbələrin yüksək elmi biliyə sahiblənməsinə yardımçı olacaq. Təhsil haqqı isə digər universitetlərdən daha aşağı olacaq. Teqlər : #İmam Hüseynin (ə) hərəminin nəzdində universitet açıldı FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəlada 1500 mokib və xidmət qrupu zəvvarlara xidmət göstərəcək - FOTO Məhərrəm ayı üçün əlamətdar islami günlər