İmam Hüseynin (ə) ərbəini

Əhli-Beyti Şam şəhərinə gətiriləndə sonra yeddi gün orada qalır. Bundan sonra Yezidin göstərişi ilə Noman ibn Bəşir onların səfər tədarükünü görüb və əmanətdar bir insanı onlarla birlikdə Münəvvər Mədinə şəhərinə yola salır.

Yola düşmək istəyəndə Yezid İmam Səccadla (ə) vidalaşmaq üçün həzrəti çağırıb dedi: Allah Mərcanənin övladına lənət eləsin! Əgər mən atan Hüseyn ilə görüşsəydim nə istəsəydi qəbul edəcəydim! Hər cür olsaydı mən onu öldürməzdim! Amma özün də bildiyin kimi onun şəhadəti İlahi təqdir idi!! Elə ki, getdin vətəninə orada məskunlaşandan sonra mütəmadi olaraq mənlə məktublaş və istəklərini mənə yaz! Sonra yenidən Noman ibn Bəşiri çağırıb Əhlibeytin hömətini izzətini qorumaq üçün ona tapşırıq verdi. Əgər Əli ibn Hüseynin (İmam Səccadın (ə) – tər) nəsə istəyi olsa yerinə yetir. 
ƏRBƏİN GÜNÜ
Əhli Beyt əleyhissalam yoluna davam edib İraq və Mədinənin iki yol ayrılığına çatdılar. Bura çatanda karvan başçısından istədilər ki, onları Kərbəlaya aparsınlar. Karvan başçısı da onların istəyini yerinə yetirib onları Kərbəlaya apardı. Ora çatanda Cabir ibn Abdullah Ənsarini gördülər ki, Bəni Haşimdən və Peyğəmbər (s) ailəsindən olan bir neçə nəfər ilə birgə İmam Hüseynin (ə) ziyarətinə gəliblər. Onlar karvanla birgə Kərbəlaya daxil olub möhkəm ağladılar. Ətraf kəndin qadınları da Kərbəlaya gəldi və xanım Zeynəb (s) də onların arasında həzin qəmli bir səslə qəlbləri dağlayan sözləri ilə belə buyurub huşunu itirdi: Vay Qardaşım! Vay Hüseynim! Vay Rəsulləllahın həbibi, Məkkə və Minanın övladı! Fatimeyi Zəhranın oğlu! Əliyyi Mürtəzanın oğlu! Ah vay, ah vay!
Ondan sonra Ümmü külsüm üz-gözünə vuraraq belə buyurdu: bu gün Muhəmmədi Mustəfa, Əliyyi Mürtəza və Fatimeyi Zəhra dünyadan köçüb. O biri qadınlar da üz-gözünə vuraraq ağlayıb şivən qopardı. 
Ətiyyə Ovfi deyir: mən Cabir ibn Adbullah ilə qərara gəldik ki, İmam Hüseyni (ə) ziyarət edək bu məqsədlə evdən çıxıb Kərbəlaya gəlib çatanda Cabir Fərat çayının yanına gedib qüsl aldı əyninə kəfən büküb özünü ətirlədi və hər addım atanda Allahı zikr edirdi. Gəlib bir qəbrə çatdı və mənə dedi: əlimi qəbrin üzərinə qoy! Mən də belə etdim elə bu an qəbrin üstünə yıxılıb huşunu itirdi. Mən onun üzünə su vurdum o ayıldı və üç dəfə dedi: Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn! Sonra bu sözləri dedi:
Şəhadət veririəm ki, sən Peyğəmbərlərin ən yaxşısının oğlusan, möminlərin ağasının oğlusan, sən hidayət və təqva sülaləsinin oğlusan və "Əbada"  olanların beşincisisən, sən rəhbərin oğlu və xanımlar xanımı Fatimeyi Zəhranın övladısan. Niyə də belə olmamalı idi ki, Peyğəmbərlərin ağasının əli ilə yemək yemisən və pərhizkarların ətəyində böyümüsən, iman sinəsindən süd içmisən. Sən pak yaşayıb pak dünyadan köçdün və möminlərin qəlblərini öz ölümünlə qəmləndirdin. Allahın salamı və Rizvanı sənə olsun sən qardaşın Yəhya ibn Zəkəriyyanın şəhidlik yolunu getdin.
Bu vaxt Cabir qəbrin ətrafına göz gəzdirərək dedi: 
Salam olsun sizlərə ey Hüseynin yanında aram olan və yatan ruhlar. Şəhadət verirəm ki, sizlər namazı qoruyub zəkatı yerinə yetirdiniz, yaxşı işlərə dəvət edib pisliklərdən çəkindirdiniz, siz kafirlər və dinsizlərlə mübarizəvə cihad edibölənə qədər Allaha ibadət etdiniz.
Sönra əlavə edərək dedi: Peyğəmbərlərini haqq olaraq göndərən Allaha and olsun siz şəhidlərin daxil olduğuna şəriksiniz.
Ətiyyə deyir: Mən cabirə ərz etdim ki, axı biz bir iş görmədik! Bunlar isə şəhid olublar.
Dedi: Ey Ətiyyə! Həbibim Allah Rəsulundan (s) eşitdim ki, buyururdu: "Kim hansı dəstəni sevərsə onlar ilə məşhur olacaq, hər kim bir dəstənin gördüyü işi sevərsə onların əməllərinə şərik olacaq".

Google+ WhatsApp ok.ru