İmam Rza (ə) hərəmi Kəramət günlərində 10 minə qədər ailəyə ərzaq paylayıb

İmam Rza (ə) hərəmi Kəramət günlərində 10 minə qədər ailəyə ərzaq paylayıb

Zilqədə ayının birindən ayın 11-ə qədər günlr Kəramər günləri adlanır. Xanım Məsumənin (ə) və İmam Rzanın (ə) viladəti arasında olan bu günlər fəzilətli günlər hesab olunur.
 
İmam Rza (ə) hərəmi hər zaman olduğu kimi bu kəramətli günlərdə də məhrum və möhtacları yaddan çıxartmayıb. Farsnews-ın verdiyi məlumata görə bu günlərdə Müqəddəs Hərəmtərəfindən ölkənin müxtəlif yerlərində yaşayan ehtiyaclı insanlara 10min-ə qədər ərzaq səbəti paylanılır.
 
Verilən məlumata görə bu birinci mərhələdir və müxtəlif əyalətlərdə yaşayan insanlara göndərilir. Səbətlərdə müxtəlif ərzaq məhsulları, o cümlədən yağ, düyü, noxud, lobya və bu kimi məhsullar mövcuddur. Hər bir səbətdə olan ərzaqın miqdarı təxminən 150 min tümənə yaxındır.
 
Qeyd edək ki, Müqəddəs Hərəm mübarək ramazan ayında 39 min ədəd belə səbəti ehtiyaclı ailələrə paylamışdı. (islaminsesi)

Google+ WhatsApp ok.ru