İmam Xomeyninin (r) müsəlman gənclərə nəsihətləri

İmam Xomeyninin (r) müsəlman gənclərə nəsihətləri

Maide.Az İmam Xomeyninin (r) müsəlman gənclərə nəsihətlərini təqdim edir: 
 
1. Beş vaxt namazı vaxtında qılın, gecə namazı da qılmağa çalışın.
 
2. Vacibləri yerinə yetirib, haramlardan uzaq olun. 
 
3. Bazar ertəsi və cümə axşamı günləri imkan həddində oruc tutmağa çalışın.
 
4. Çox yatmayın və Quranı-Kərimi çox oxuyun.
 
5. Sözünüzün üstə durun və vədlərinizi yerinə yetirin.
 
6. Sadə və nümayişdən uzaq geyimlər geyinin.
 
7. Yoxsullara kömək edib, hər gün sədəqə verməyə çalışın.
 
8. Çox xərc aparan, dəbdəbəli məclislərə qatılmayın, özünüz də belə məclislər qurmayın.
 
9. Çox danışmayın, çox dua edin.
 
10. İnformasiyanızı artırın, dini diskussiyalara qatılın.
 
11. Etdiyiniz yaxşılıqları unudun və keçmiş günahlarınızı xatırlayın.
 
12. İdmana ciddi diqqət verin.
 
13. İslam ölkəsinin ehtiyac duya biləcəyi bütün elmləri öyrənməyə çalışın.
 
14. Hər baxımdan diqqətli və ayıq olun.
 
15. Quran qiraəti və təcvid qaydalarını öyrənin.
 
16. Günün tələbini öyrənin, aktual xəbərləri, xüsusilə də müsəlmanları maraqlandıran xəbərləri izləyin.
 
17. Maddiyatda yoxsulları, mənəviyyatda rəbbani alimləri örnək götürün.
 
18. Axşam yatmazdan əvvəl özünüzlə hesab çəkin, gün ərzində işləmiş olduğunuz günahlardan tövbə edin və gözəl işləriniz üçün şükür edin.
 
19. Alimlərlə rabitəni əsla kəsməyin, davamlı olaraq onların söhbətində iştirak edin.
 

Google+ WhatsApp ok.ru