İmam Əlinin (ə) hərəmi şəhadət münasibətilə qara bayraqlara büründü -FOTO

İmam Əlinin (ə) hərəmi şəhadət münasibətilə qara bayraqlara büründü -FOTO

Nəcəfdəki İmam Əlinin (ə) hərəmi o həzrətin şəhadətinin növbəti ildönümü münasibətilə hərəm və ətrafını qara bayraqlara bürüyüb.
 
Maide.Az xəbər verir ki, Əhli-beyt (ə) ardıcılları İraqın müxtəlif bölgələri və digər ölkələrdən Ramazan ayının Qədr gecələrini Həzrəti İmam Əlinin (ə) hərəmində keçirmək üçün Nəcəf şəhərinə axışıb.
 
Qeyd edək ki, Ramazan ayının 18-dən 19-na keçən gecə həm də Həzrət İmam Əli ibni Əbu Talibin (ə) İraqın Kufə məscidində sübh namazında xəvaric tərəfindən zərbətləndiyi gecədir. Bu qılınc yarasından 2 gün sonra İmam Əli (ə) şəhadətə qovuşub.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru