İMAM ƏLİNİN (Ə) ELMİ MƏQAMI

Çox eşitmişik ki, Qurani-Kərim və Peyğəmbərin (s) kəlamlarından sonra, imam Əmirəlmöminin Əlinin (ə) kəlamları kimi söz tapmaq olmaz. O həzrətin kəlamlarının bir qismini təşkil edən “Nəhcül-bəlağə”yə müraciət etdikdə, bunu daha yaxşı dərk etmək olar.

İmamın (ə) tövhid və allahşünaslıq, dinşünaslıq, ictimai və siyasi məsələlər, xüsusən, əxlaq elmi ilə bağlı kəlamlarının hər biri doğrudan da bənzərsiz və misilsizdir. Onlardan dini əqidələrin təməlini qurmaq, islami siyasət xəttini sərgiləmək və əxlaqi normaları tənzimləməkdə əsaslı bir qanun kimi bəhrələnmək olar.

Bu məsələ o həzrətin həyatında Peyğəmbərin (s) səhabələri tərəfindən müxtəlif şəkillərdə təsdiq edilmişdir. Məsələn, Kitab və sünnəni hamıdan yaxşı bilən Əlidir (ə).”

O həzrət hələ çox gənc ikən Peyğəmbər (s) onu Yəmənə qazı göndərdi. Səhabələrdən biri bunu təsdiqləyərək deyir: “Biz qəzavət işlərində Əlini (ə) öz aramızda Mədinə əhalisinin ən biliklisi tanıyırdıq.”

Yenə deyir: “Əli dini məsələləri hamıdan yaxşı bilirdi.” (“Ənsabul-əşraf”, c. l. s. 112.)

İmam Əli (ə) özü buyurur: Biz Əhli-beyt Allahın və Rəsulunun (s) kəlamlarını hamıdan yaxşı bilirik.”

Həmçinin buyurur: And olsun Allaha, nazil olan hər bir ayənin kimin haqqında və harada nazil olduğunu bilirəm.” (“Ənsabul-əşraf”, c. 1, s. 121.)

İmam Əli (ə) özünün yüksək elmi məqamına söykənərək belə buyurur: “Allahın kitabı haqqında istədiyinizi soruşun. Elə bir ayə yoxdur ki, onun gecə və ya gündüz, çöldə ya dağda nazil olduğunu bilməyim.” (“Ənsabul-əşraf”, c. 1, s. 99.)

Başqa bir hədisdə özü haqqında belə buyurur: “Fatihə surəsinin təfsiri ilə əlaqədar yetmiş dəvə yükü qədər mətləb yazmaq istəsəm qurtarmaz.” (“Təratibul-idariyyə”, Kətani, c. 3, s. 183.)

Qədimdən alimlər arasında bu söz məşhurdur: Məni itirməmişdən qabaq suallarınızı soruşun!” – sözünü deməyə Əlidən (ə) başqa, heç kim cürət edə bilməmişdir.” (“Bəyanul-elm”, c. 1, s. 137)

Bu səbəbdən, ikinci xəlifənin xilafəti dövründə imam Əlini (ə) özünün elmi mənbəyi bilməsi təbii idi. Hərçənd, təəssüflə demək olar ki, o həzrətdən kifayət qədər faydalana bilmədi. Ömərin özü deyirdi: “Allah mənim üçün Əlinin olmadığı bir yerdə həll edilməsi lazım olan bir çətinlik qoymasın.” (“Ət-təbəqat”, c. 2, s. 339.)

İkinci xəlifədən ”mütəvatir” şəkildə belə nəql edilir: “Ömərdən “Ümrə əməllərini haradan başlamalıyam?” – deyə soruşulduqda dedi: “Əlinin (ə) yanına get və ondan soruş!” (“Qəribul-hədis”, c. 3, s. 406.)

Bunlara əlavə olaraq deyə bilərik ki, ən mühüm ədəbi ixtisaslardan sayılan “nəhv” (ərəb dilinin sintaksisi) elminin təsisçisi də imam Əlidir (ə). Sonralar bu elmin sayəsində Quran oxunuşu (qiraət) təhriflərdən qorundu.

Bu ifadələr imam Əlinin (ə) elmi ilə əlaqədar etiraflarının az bir hissəsindən ibarətdir. Müddəamızın sübutu ilə bağlı bu etiraflar olmasaydı da, əhli-sünnə və şiə vasitəsilə “mütəvatir” şəkildə nəql edilən yalnız Rəsulullahın (s) bu kəlamı kifayətdir: Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.”

Google+ WhatsApp ok.ru