İmişlidə pambıq sahəsində 80 fəhlə zəhərlənib - YENİLƏNİB

İmişlidə pambıq sahəsində 80 fəhlə zəhərlənib - YENİLƏNİB

-- Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi rayon xəstəxanasının terapiya, digər qismi də infeksion şöbəsinə yerləşdirilib.
 
Maide.Az bildirir ki, “Report”un Aran bürosu xəbər verir ki, ilkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.
 
 
13:03
***
 
Azərbaycanın daha bir rayonunda pambıq tarlasında alaq vuran fəhlələr kütləvi zəhərlənib. 
 
Maide.Az xəbər verir ki,  İmişli rayonunda pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".
 
Qeyd edək ki, bundan əvvəl Saatlı rayonunda onlarla qadın pambıq tarlasında işləyərkən alaq otlarına qarşı tətbiq edilmiş zəhərli kimyəvi pereparatın təsirinə məruz qalıb. Onların bir qismi hələ də xəstəxanadadır.
 
Faktla bağlı cinayət işi qaldırılıb.  

 

Google+ WhatsApp ok.ru