İnanclı məhbuslara qarşı olan təziqlər pislənilib - FOTO

İnanclı məhbuslara qarşı olan təziqlər pislənilib - FOTO

Bu gün Azərbaycan Ziyalılar Birliyinin ofisində İnanclı Kəsimin Hüquqlarının Müdafiə Komitəsinin sədri Eldəniz Quliyevin təşəbbüsü ilə həbs edilmiş inaclı insanlara qarşı həbsxanalarda göstərilən zorakı münasibətlə bağlı yığıncaq keçirilib. Tədbirdə siyasətçilər, ictimai fəallar, jurnalistlər və həbs edilmiş dindarların ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə başlayan Eldəniz Quliyev inanclı kəsimə qarşı həbsxanalarda mövcud olan zorakılığı və işgəncə hallarını pislədi və həbsxana nümayəndələrini bu kimi hallara son qoymağa çağırıb. Daha sonra Rövşən Əhmədov cəmiyyəti məhbuslara qarşı zorakılıq müqabilində bir olmağa və etiraz etməyə çağırdı.
 
 
 
 

Google+ WhatsApp ok.ru