İncəsənət düşmənin əlində silahdır

Əgər 1962-ci ildən başlayaraq həzrət imam tərəfindən min dillə - istər çıxış formasında, istər dərs formasında, istər fəlsəfi düşüncələr, istərsə də fiqhi nəzərlər formasında ortaya qoyulan bu inqilabi düşüncə sənət formasında təqdim olunmasa, gələcək nəsillər üçün yad bir şey olacaq. Sənətin xüsusiyyəti belədir. Sənət dili nədir? Yəni şəkillə, filmlə, heykəllə, şeirlə və romanla təsvir etmək. Siz görürsünüz ki, müstəmləkə siyasətləri inqilab və xoşları gəlməyən bütün dəyərlər əleyhinə işləmək üçün incəsənət işinə bu qədər sərmayə qoyurlar. Səbəbi incəsənətin bu təsiridir... Bilin ki, biz bu silahdan lazım olan formada və düzgün şəkildə istifadə etmirik. Əlbəttə, bizim ölkəmiz və məmləkətimiz incəsənət məmləkətidir. Yəni, dünya incəsənti min il öncədən bu yana ümumi şəkildə bizim məmləkətimizə borcludur, fars dilinə borcludur, iranlı sənətkarlara borcludur. Lakin biz bu silahdan istifadə etməmişik. Səbəb də budur ki, sənətkar və gövhər sahibi olan bir qrup vardı, amma özlərini inqilabla uyğunlaşdıra bilmədilər. Çünki sənətkarlıq digər yaxşı xislətlər mənasında deyil. Sənəti çox uca, amma özü əskik, dəyərsiz, pis, fasiq, fəsadçı və xəyanətkar olan insanların olması mümkündür. Bu qəbildən olanlarımız çox idi, indi də varımızdır və çoxları gözlərimizin önündədir.
İnqilab o zaman özünü sənət qəlibinə sala bilər ki, doğma sənətkarı olsun və sənətkarı özü yetişdirsin. Düzdür, gənclərin bir qrupu bu işləri görməkdədirlər, çox da yaxşıdır. Siz də harada və hansı formada olsanız, bu işi görün, bu silahın kəsərliliyinə diqqət yetirin, inqilab düşmənlərinin bu silahdan böyük istifadəsinə diqqət yetirin. Diqqət yetirin ki, inqilab məfhumları müxtəlif sənət əsərləri formasında yaxşı təsvir oluna bilərlər. Və bunun bir dəyər olmasını hiss edin.
 
Ali Lider Ayətullah Xamenei /
 

Google+ WhatsApp ok.ru