İndoneziyada  5.2 bal gücündə zəlzələ

İndoneziyada 5.2 bal gücündə zəlzələ

-- zəlzələdən xəsarət alan və ya dağıntılar barədə ...

İndoneziyanın Sumatra adasının Ace əyalətində 5.2 bal gücündə zəlzələ baş verib. 
 
Maide.Az “AA”a istinadən xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika İnstitutu (BMKG), zəlzələnin Qərbi Ace bölgəsinin 13 kilometr cənub-şərqində 10 kilometr dərinlikdə baş verdiyini açıqlayıb. 
 
Hələlik zəlzələdən xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib. 
 
Sunami ilə bağlı da xəbərdarlıq verilməyib. 
 
 

 

Google+ WhatsApp ok.ru