İndoneziyadan işğalçı İsrail rejiminə qadağa

İndoneziyadan işğalçı İsrail rejiminə qadağa

-- fələstinin işğal olunmuş ərazilərində yaşayan yəhudilərin ölkəyə girişi qadağan edilib

İndoneziya işğalçı İsrailin Qəzzada fəsləstinliləri qətliam etməsinə cavab olaraq fələstinin işğal olunmuş ərazilərində yaşayan yəhudilərin ölkəyə girişini qadağan edib.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı işağlçı İsrail rejiminin XİN nümayəndəsi Emmanuel Nahson bildirib.
 
Xəbər qaynaqları İndoneziyanın tətbiq etdiyi qadağanın ötən həftədən etibarən qüvvəyə mindiyini bildirib.
 
İşğalçı rejimi İndoneziyanı bu qərarı ləğv etməyə çağırıb. 
 
İndoneziya ilə işğalçı İsrail rejiminin arasında diplomatik əlaqə yoxdur, lakin son dövrdə İndoneziya və İsrail öz aralarında iqtisadi əlaqələrin yaradılması sahəsində iş aparıldığı məlumdur. İsraillilər İndoneziyaya turist və ya iş vizası ilə gedə bilirlər.
 
Qed edək ki, fələstinlilərin Qəzza zolağında böyük qayıdış yürüşü aksiyalarında İsrail hərbçiləri tərəfindən azı yüzdən çox fələstinli öldürülmüş, minlərləsi yaralanmışdı.
 

Google+ WhatsApp ok.ru