İNFAQIN TƏSİR VƏ BƏRƏKƏTLƏRİ

İNFAQIN TƏSİR VƏ BƏRƏKƏTLƏRİ

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 274-cü ayəsində buyurur:

الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

Mallarını gecə gündüz, gizlində aşkarda infaq edənlərin mükafatı Öz Rəbbinin yanındadır. Onlar üçün bir qorxu var, qəmgin olarlar.”

NÖQTƏLƏR

“Təfsiri-Safi”, “Məcməul-bəyan”, “Təfsiri-Qurtubi” və “Təfsiri-Fəxr-Razi”də nəql olunur ki, bu ayə həzrət Əli (ə) haqqında nazil olmuşdur. O həzrət əlində olan dörd dirhəmin birini gündüz, birini gecə, üçüncüsünü məxfi, dördüncüsünü isə aşkar şəkildə Allah yolunda xərc etmişdir.

Əlbəttə ki, ayədəki vəd belə hərəkət edən bütün insanlara şamildir. Belələri fəqirlik və yoxsulluqdan qorxmurlar. Çünki onlar Allahın vədinə iman gətirmiş və Ona təvəkkül etmişlər. Onlar Allahın razılığına və Allah yolunda yardımın axirət təsirlərinə diqqətli olduqlarından infaq edərkən – yoxsllara yardım edərkən qəmlənməzlər.

Ayədə gecə infaqın gündüz infaqdan, gizli infaqın aşkar infaqdan öndə gəlməsinin səbəbi bu ola bilər ki, gecə yarı gizli edilən infaqın dəyəri daha böyükdür. (“Təfsiri-Məraği”.)

İnfaqın – Allah yolunda çəkilən xərclərin müsbət təsirləri kimsəyə gizli deyil. Sərvətlərin tarazlaşması, təbəqə ixtilaflarının azalması, cəmiyyətdə məhəbbətin yaranması, səxavət ruhunun çiçəklənməsi, ən üstünü isə Allahla yaxınlıq infaqın misilsiz səmərələrindəndir.

İnfaq təkcə var-dövlətə yox, həm də elm və hörmətə aiddir. İnfaq sözünün lüğətdə mənası “çökəyin doldurulması”, terminoloji mənası isə “iqtisadi boşluqların aradan qaldırılması”dır.

Bu nöqtəni də xatırlamaq lazımdır ki, İslamın infaq məsələsinə diqqətində məqsədi dilənçiliyi genişləndirmək deyil. Bir çox rəvayətlərdə ehtiyacı olmadan əl açıb kömək istəmək məzəmmət olunmuşdur. Digər bir tərəfdən, infaqın ən üstün növü pul vermək əvəzinə insanı işlə təmin etməkdir.

BİLDİRİŞLƏR

1. İnfaq, Allah yolunda yardım etmə və səxavətlilik ruhiyyəsinə malik olmaq olduqca mühüm bir məsələdir və söhbət təsadüfi infaq və yardımlardan getmir.

2. İlahi mükafatın konkret bəyan olunması onun genişliyini göstərir.

3. İlahi vədlər yaxşı işlərdə insan üçün ən üstün təşviqedicidir.

4. Aramlıq və əmin-amanlıq infaq və yardımın bərəkətlərindəndir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, “Bəqərə” surəsi, 274-cü ayənin təfsiri.)

Tərcümə: Maide.Az

Google+ WhatsApp ok.ru