İngiltərə parlamentindən hökumətə çağırış: “Myanmaya sanksiya tətbiq edin”

İngiltərə parlamentindən hökumətə çağırış: “Myanmaya sanksiya tətbiq edin”

-- Arakanda müsəlmanlara qarşı soyqrım törətdiyinə görə..

İngiltərə parlamentinin Beynəlxalq İnkişaf Komissiyası hökumətə çağırış edərək Arakanda müsəlmanlara qarşı etnik təmizləmə həyata keçirən Myanma ilə bağlı siyasətini dəyişməsini istəyib.
 
Maide.Az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Komissiyanın hazırladığı hesabatda Myanma ordusunun kütləvi qətliamının bir çoxları tərəfindən soyqırım adlandırıldığı, dövlət tərəfindən dəstəkləndiyi bildirilib:
 
“İngiltərə hökuməti bu həqiqətlər qarşısında Myanma ilə münasibətlərini normal şəkildə davam etdirə bilməz. Bu ölkəyə qarşı münasibət dəyişməlidir. İngiltərə müttəfiqləri ilə birlikdə hərəkət edərək Myanmanı Beynəlxalq Cəza Məhkəməsinə şikayət etməlidir. Həmçinin, myanmalı tanınmış şəxslərə də maliyyə sanksiyaları tətbiq olunmalıdır”.
 
Qeyd edək ki, ötən ilin avqust-sentyabr aylarında Myanmada ifratçı buddistlər və ordu qüvvələri tərəfindən  10 mindən çox müsəlman küləvi şəkildə qətlə yetirilib. 690 mindən çox müsəlman isə yurdunu tərk edərək Banlqadeşə sığınmaq məcburiyyətində qalıb.

Google+ WhatsApp ok.ru