İngiltərə və Uelsdə hər saatda 11 nəfər təcavüzə uğrayır

İngiltərə və Uelsdə hər saatda 11 nəfər təcavüzə uğrayır

-- Onların 2651-i 15 yaşından kiçik olanlardır

“Rape Crisis” adlı Vətəndaş Cəmiyyəti Təşkilatı İngiltərə və Uelsdə baş verən təcavüz hadisələri ilə bağlı hesabatını açıqlayıb.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu iki ölkədə hər il 85 min qadın və 12 min kişi təcavüzə məruz qalır.
 
Bu da ortalama hər saatda 11 nəfər deməkdir.
 
Məlumata görə, “Rape Crisis” təşkilatına 2016-2017-ci illərdə təcavüz hadisələri ilə bağlı 202 min 666 məlumat daxil olub. 67 min 59 nəfər təşkilatın dəstək xidmətlərindən istifadə edib.  Onların cəmi 15 faizi polisə müraciət edib.
 
Dəstək alanların 42 faizi uşaq yaşlarında təcavüzə uğrayan gənclər olub.
 
Onların 2651-i 15 yaşından kiçik olanlardır. Bu da öncəki illərə nisbətən 55 faiz artım deməkdir. Ən utancevericisi isə odur ki, təcavüz qurbanlarının 25 faizi fiziki məhdudiyyətli şəxslər olub.
 
Təşkilat cinsi təcavüz hadisələrinin 500 minə çata biləcəyi ilə bağlı xəbərdarlıq verib.

Google+ WhatsApp ok.ru