İngiltərədə məscidlərə hücum halları 2 dəfə artıb

İngiltərədə məscidlərə hücum halları 2 dəfə artıb

Yeni yayımlanmış statistikaya əsasən,  İngiltərədə  məscidlərə hücum halları 2 dəfə artıb.  
 
Maide.Az  xəbər verir ki, hücumlar  qəsdən yanğın törətmək,  məscid divarlarına təhqir edici şüarlar yazmaq,  məscidə gələn namaz qılanları yaralamaq və bomba il hədələmə ilə baş tutub. 
 
Associated Press agentliyinin yayımladığı  statistikaya əsasən,  Britaniya polisinin məlumatına görə,  cari ilin mart – iyul ayları ərzində ölkə üzrə  məscidlərə hücumla bağlı 110 şikayət olunub ki, bu rəqəm ötən ilin eyni dövründə 47 şikayət olub. 
 
Məscidlərə ən çox hücum İngiltərənin Mançester şəhərində baş verib. Beləki bu şəhərdə 9 dəfə məscidə hücum olunub.   
 

Google+ WhatsApp ok.ru