İngiltərədə   uşaqlar cəsus  kimi istifadə olunur

İngiltərədə uşaqlar cəsus kimi istifadə olunur

İngilis polisi terror təşkilatları və qruplarına qarşı gizli əməliyyatlarda uşaqları cəsus olaraq istifadə edir.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, İngiltərə parlamentinin yuxarı palatası olan Lordlar Palatasının yayımladığı hesabatda bildirilir ki, polis uşaqları terror təşkilatları və qruplarına qarşı gizli əməliyyatlarda cəsus kimi istifadə edir. 
 
Hesabatda cəsus uşaqların sayı açıqlanmayıb. İngiltərə Daxili İşlər Nazirliyi verdiyi açıqlamada bu uşaqların sayının “çox az” olduğunu vurğulayıb.
 
Hesabatı hazırlayan Qanunvericilik Təftiş Komissiyasının sədri Lord David Trefgame, bu proqramın tətbiqini tənqid edərək bildirib ki, bir yeniyetməni uzun müddət gizli bir əməliyyatda istifadə etmək onun zehni və fiziki sağlamlığını riskə salır.
 
Qeyd edək ki, İngiltərə polisinin uşaqları cəsus kimi istifadə etməsi insan haqları təşkilatları tərəfindən də pislənilib.

Google+ WhatsApp ok.ru