İngiltərədə yaşayan Bəhreynli müxalif fəallar 14 fevral inqilabının ildönümü belə qeyd etdi  -FOTO

İngiltərədə yaşayan Bəhreynli müxalif fəallar 14 fevral inqilabının ildönümü belə qeyd etdi -FOTO

-- məhbusların fotosunu Bəhreyn rejiminin səfirliyinin binası üzərində...

İngiltərədə yaşayan Bəhreynli müxalif fəallar  14 fevral inqilabının ilöndümü ərəfəsində  inqilab məhbuslarının fotolarını lazerlə Londonda Bəhreyn rejiminin səfirliyinin binası üzərində yayımıayıb. 
 
Maide.Az “bahrainalyoum” saytına istinadən xəbər verir ki, ötən gecə  lazerlə yayımlanan fotolarda həbsdə olan inqilab rəhbərlərinin şəkili ilə yanaşı, müxalif fəallar Bəhreyndə Ali Xəlifə rejiminin törətdiyi edamlara etiraz edib. 
 
Fotolarda  Bəhreyn şiələrinin  xalq və inqilab  hərakatına sadiq qaldıqları vurğulanıb və  Ayətullah İsa Qasimin ev dustaqlığında saxlanılmasına və  Ali Xəlifə rejimin qadınları həbs  etməsinə etiraz edilib. 
 
Fəallar Ali Xəlifə rejiminin axıtdığı qanların yerdə qalmayacağını, inqilabın hədəfinə çatana qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
 
Ötən gün  14 fevral inqilabının ildönümü münasibətilə Londonda  foto sərgisi də təşkil olunub.  
 
Qeyd edək ki, 14 fevral Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı keçirdiyi etiraz aksiyalarının başlanğıc il dönümüdür. Bəhreyn inqilabının başlanğıc tarixi olaraq qəbul edilən 14 fevral yaxınlaşdıqca xalqın etirazları və dinc aksiyaları izdihamlı və qərarlı şəkildə davam edir.
 
14 fevralla əlaqədar Bəhreyndə iş yerlərinin və alış-veriş mərkəzlərinin bağlanması da gözlənilir.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru