İnstaqram-dan iki yeni funksiya təqdim edilib

İnstaqram-dan iki yeni funksiya təqdim edilib

İnstaqram Hekayə xüsusiyyəti üçün statistika və reklam funksiyaları təqdim edildi. Artıq İnstaqram hekayələrinə reklam verilə bilinəcək və məzmunların statistikaları da görülə biləcək.
 
Facebook İnstaqram-a gətirdiyi hekayə xüsusiyyətindən sonra bu xüsusiyyətə yeni funksiyalar əlavə etdiyini elan etdi. Əlavə olaraq Facebook İnstaqram ilə bağlı ən son statistik məlumatları da paylaşdı.
 
Oktyabr ayında gündə 100 milyon insanın istifadə etdiyi İnstaqram Hekayələri gündə 150 milyon insan tərəfindən istifadə edilir. Hər beş mesajdan birinin izləyicilərdən mesajla cavablandırıldığını da açıqlayan Facebook xüsusilə bu barədə iddialı olduqlarını vurğuladı.
 
Facebook sürətlə İnstaqram-a əlavə etdiyi və böyütdüyü Hekayələr xüsusiyyətindən indi də reklamlarla pul qazanacaq.
 
İnstaqram artıq hekayələrdə də reklam göstərəcək. Hekayələrdən link almaq və birbaşa mesaj üzərindən firmalarla əlaqə qurmaqdan başqa şirkətlərə nümayişdən əlavə imkanlar təklif ediləcək. İnstaqram istifadə edən insanların 70%-i bir şirkəti izləyir və platformada ən çox izlənilən hekayələrin üçdə biri şirkətlərin paylaşdığı hekayələrdir. Hekayələrin təxminən 70%-i səsli videolardan ibarət ikən, yüzdə 25%-i Boomerang videoları, sadəcə 5%-i isə şəkillərdən ibarətdir.
 
Buna görə də İnstaqram Facebook üçün olduqca ciddi bir reklam qapısıdır.
 
Hekayə Statistikaları: Qlobal olaraq istifadəyə verilən Hekayə Statistikaları vasitəsilə İnstaqram da şirkət profilləri hər hekayə üçün statistik məlumatları görə biləcəklər. Bu statistikaları görüntüləyərək, hədəf kütlələrinə daha uyğun, onlar üçün daha mənalı məzmunlar yarada biləcəklər.
 
Hekayə Reklamları: İnstaqram, eyni zamanda, Hekayələrdə tam ekran reklamları da test etməyə başlayıb. Hədəfləmə, çatmaq və ölçmək kimi xüsusiyyətlərə sahib olacaq olan reklamlar ilə müəssisələr hekayələri izləyən insanların maraq dairələrinə uyğun məzmunlar yarada biləcəklər. Hekayələrin təxminən 70%-nin səsli izləndiyi əsas götürülərsə, reklam verənlər, tam ekran reklamlarda insanlara maraqlı videolar ilə çatmağa çalışacaqlar.
 
Facebook və İnstaqram rəhbərləri mövzuyla bağlı nə dedilər?
 
İnstaqram rəhbərliyindən Amy Cole mövzu ilə bağlı olaraq bunları dedi:
"İnstaqram cəmiyyəti İnstaqram Hekayələrini böyük bir yaradıcılıqla qucaqladı və bu gün gündə 150 milyondan çox insan İnstaqram Hekayələrini istifadə edir. Son beş aydır insanların, həqiqətən, şirkətlərin hekayələrinə maraq göstərdiklərini müşahidə etdik; belə ki, ən çox izlənilən hekayələrdən 3-də 1-i, şirkətlərin hekayələrindən ibarətdir. Bu gündən etibarən şirkətlər İnstaqram Hekayələrində reklamları istifadə edərək qlobal kütləyə, insanların sevdiyini bildiyimiz istehlakçı təcrübəsini istifadə edərək əlaqə qura biləcək. İrəlidəki aylarda bütün şirkətlər üçün aktiv olacaq bu yeni reklam formatına şirkətlərin necə reaksiya verəcəklərini görmək üçün həyəcanlanırıq". (milli.az) /

Google+ WhatsApp ok.ru