`İntiharlarla mübarizə mümkündür`

`İntiharlarla mübarizə mümkündür`

-- Sosial problemlərin varlığı tezləşən intiharların artmasına...

"Novoye Vremya" qəzetində isə "İntiharlarla mübarizə mümkündür" səlrövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif təəssüflə iddia edir ki, Azərbaycanı yenə intiharlar dalğası əhatə edib, belə ki, may ayında paytaxtın dənizkənarı bulvarı bəzi intiharlarla yadda qalıb.
 
Müəllif vurğulayır ki, bir zamanlar metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpü belə bir "intihar məkanı"na dönmüşdü, bunu aradan qaldırmaq üçün körpüyə nəzarət məqsədilə post qoyuldu.
 
Müəllif hesab edir ki, bu addımı vəziyyətdən çıxış yolu saymaq olmaz, cünki intiharlar tez-tez baş verir və ölkənin müxtəlif yerlərində, müxtəlif səbəblər üzündən baş verən intiharları sadalayır.
 
Yazı müəllifi hər ikisi gənc olan Vüsal Qasımovun və Fuad Məmmədovun intiharlarına səbəb kimi sosial problemləri olmalarını göstərir: "Sosial problemlərin varlığı tezləşən intiharların artmasına, həyatla "haqq-hesab" çəkmələrinə əsas səbəblərədn biridir. Digər tərəfdən isə intiharlar Azərbaycanda "cavanlaşıb", belə ki, bu üsulla həyatdan könüllü olaraq gənclər yox, uşaqlar da gedirlər".
 
Müəllif imtahanlarda kəsilən abituriyentlərin də intihara əl atdıqlarını deyir və bu baxımdan belə intiharları sosial əsaslı intiharlar kateqoriyasına aid edirlər.
 
Məqalə müəllifi vurğulayır ki, bəzən ali məktəbdə təhsil pulunu ödəyə bilməyən gənclər də intiharı vəziyyətdən çıxış yolu sayırlar.
 
Yazı müəllifi bank borclarını ödəyə bilməyənlərin də bəzi hallarda intihara əl atmasını "kredit intiharları" kimi dəyərləndirir.
 
Məqalə müəllifi hesab edir ki, intiharların qarşısnı almaq məqsədilə onun səbəblərinin öyrənilməsi zəruridir.
 
Müəllif deyir ki, cəmiyyətdə uzun müddətdir ki. davam edən etimadsızlıq mühiti "sındırılmalıdır", əks halda intihar "epidemiyasına" qarşı mübarizə çox çətin olacaq.
 
Yazı müəllifinə görə, vətəndaşların problemlərinə məmurların sayğısız yanaşması da cəmiyyətdə təlaş əhval -ruhiyyəsini gücləndirir, odur ki, məmurlar sadə vətəndaşlara münasibətdə verdikləri qərarların məsuliyyətini hiss etməlidirlər.
 
Müəllif bu yöndə məhkəmə Femidasının artıq üzünü xalqa döndərməli və vətəndaşların hüquqlarını qorumalı olduğunu bildirir: "Məhkəmələr heç də hər zaman vətəndaşın hüquqlarını qorumaq missiyasını yerinə yetirmirlər, məhkəmələrdə ədalətə nail ola bilməyən vətəndaşlar elə məhkəmə binası yanında intihara əl atırlar".
 
Müəllif deyir ki, məmur özbaşınalığını dayandırmaq, vaxtı keçmiş kreditlər problemini həll etmək, vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətləri dövlətin iştirakının sadəcə zəruri olduğu sahələrdir.
 

Google+ WhatsApp ok.ru