İplərlə işlənən ilk Qurani-Kərim (FOTO)

Suriyalı Məhəmməd Mahir Hadri tərəfindən 12 ildə iplə bez üzərinə işlənərək hazırlanan bu Qurani-Kərim dünyada tək nümunədir.

Maide.az-ın məlumatına görə, Hadri Suriyanın Hələb şəhərində dərzilik etdiyini söyləyərək, dərziliyi öyrəndikdən sonra Qurani-Kərimi xüsusi bir şəkildə yazmaq istədiyini deyir.

Hadri əvvəllər tək surə yazdığını bildirərək, "Görən hər kəs çox bəyəndi. Bu mövzuda həyat yoldaşımdan da böyük dəstək gördüm. Ətrafımdakı insanlar isə mənim dəli olduğumu düşündülər. İnsanlara çox qəribə gəldi. Gözləmədikləri bir şey idi bu", - deyir.

Məhəmməd Mahir Hadri işlərə 2000-ci ildə başladığı, sonra isə işinin İslam alimləri tərəfindən araşdırıldığını söyləyir.

12 cildlik əsərin hündürlüyü 80, eninin isə 60 santimetrdir.

 

 

 

 

Google+ WhatsApp ok.ru