İqtisadiyyat 0.4 faiz artıb

İqtisadiyyat 0.4 faiz artıb

Bu ilin yanvar-fevral aylarında ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.4 faiz artaraq 10 milyard 42.6 milyon manat olub.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, əhalinin hər nəfərinə düşən ÜDM 1035.6 manata bərabərdir.
 
İstehsalın 46.7 faizi sənayedə, 9.6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 7.6 faizi tikintidə, 6.7 faizi nəqliyyat və anbar təsərrüfatında baş verib.
 
Bundan başqa, 2.7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, 2.7 faizi turistlərin yerləşdirilməsi, ictimai iaşə, 1.7 faizi informasiya, rabitə sahələri, 15.8 faizi isə digər sahələrin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 6.5 faizini təşkil edib.
 
Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrünə nisbətən 2.3 faiz artıb. Onun ÜDM-də xüsusi çəkisi 56.8 faiz olub.
 
Hökumət ölkədə ÜDM-in 61.4 milyard manat təşkil edəcəyini proqnozlaşdırıb. Bu, 1 faiz artıma ümid etməkdir.
 
Dollar ifadəsində ÜDM bu ilin 2 ayında 5 milyard 579 milyon dollar təşkil edib. 3 il bundan öncə – 2014-cü ilin yanvar-fevral aylarında isə bu, 10 milyard 788 milyon dollar təşkil etmişdi. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru